Müştəri məmnuniyyəti bizim əsas prioritetimizdir. Biz döşəmə sahəsində yüksək keyfiyyətli məhsullar təqdim edərək müştərilərimizin gözləntilərini tam şəkildə qarşılamağı hədəfləyirik. Vahid Hüseynov
“Kovrolin.Az” 2012-ci ildən etibarən Azərbaycan bazarında yer döşəmələrinin idxalı və satışı sahəsində fəaliyyət göstərir. Missiyamız peşəkar komandamızın dəstəyi ilə müştərilərin zövqünə uyğun, yüksək keyfiyyətli məhsullar təqdim etmək, onları peşəkar şəkildə quraşdırmaq və etibarlı xidmət göstərməkdir.
Peşəkar personal. Satış təmsilçilərimiz sizi ətraflı məlumatlandıraraq ən doğru seçimi etməyiniz üçün hər zaman xidmətinizdədir. Yüksək səviyyəli dəstək. Təkcə satış zamanı deyil, satışdan sonra da müştərilərimizə daim yüksək səviyyəli dəstək göstəririk. Yüksək keyfiyyət. Təklif etdiyimiz məhsullar yüksək keyfiyyəti, innovativ yanaşması və uzunömürlülüyü ilə fərqlənir.
Uğurumuzun arxasında duran peşəkar heyətimizlə tanış olun.
Uğurla həyata keçirdiyimiz layihələr sırasında aşağıdakıları xüsusilə qeyd etmək olar: 2025-ci ildə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü layihəsi, 2018-2019-cu illərdə futbol üzrə UEFA Avropa çempionatı çərçivəsində görülən işlər, 2024-cü ildə COP29 layihəsi, Formula 1 yarışı, “Жара” musiqi festivalı, Abşeron Qrupuna məxsus otellər, PAİİ otelləri (Marxal, Şabran, Basqal, Xankəndi, Şuşa və digər müəssisələr), eləcə də AZAL Şirkətlər Qrupunun Laçın, Zəngilan və Füzuli hava limanlarında həyata keçirdiyimiz layihələr. Hazırda da yeni layihələrdə fəal iştirak edir və keyfiyyətimizlə seçilməyə davam edirik. Bu layihələr döşəmə örtükləri üzrə həyata keçirdiyimiz işlərin yüksək keyfiyyətini, şirkətimizin peşəkarlığını və etibarlı tərəfdaş kimi fəaliyyətini bir daha təsdiqləyir.